Müntəzəm Kardioloji Yoxlanışın Vacibliyi
Ürək xəstəlikləri illərlə səssiz inkişaf edir. İnfarkt qəfil yox, xəbərdarlıqla gəlir. Bədəniniz yorğunluqla, kiçik ağrılarla, dəyişən ritmlə siqnal verir. Bu siqnallar adətən yaşa, stresə və ya yorğunluğa yozulur. Halbuki sağlam görünən insanlarda gizli infarkt və erkən mərhələdə aterosklerozun aşkarlanması yalnız planlı müayinə ilə mümkündür.
Yoxlanış Tezliyi
- Sağlam yetkin insanlar üçün ildə bir dəfə kardioloji və terapevtik check-up.
- İrsiyyətdə ürək xəstəliyi, qəfləti ölüm, diabet, böyrək xəstəliyi və ya zob olanlar üçün ildə iki dəfə.
- İnsult və infarkt keçirənlər üçün ildə iki dəfə.
- Onkoloji xəstələr kimyəvi terapiyadan əvvəl, zamanı və sonra mütləq.
- Hipertoniya, diabet və ürək qapaq xəstəliyi olanlar üçün həkim göstərişinə uyğun.
Təzyiq Dərmanları və Müalicə İntizamı
Klinik təcrübədə ən təhlükəli vərdişlərdən biri təzyiq dərmanının özbaşına dayandırılmasıdır. Bir qutu bitdi deyə müalicə bitmir. Təzyiq düşdü deyə xəstəlik keçmir.
Yanlış İstifadə Olunan Dərmanlar
- Kankor. Təzyiq dərmanı deyil. Ürəyin elektrik sisteminə təsir edir.
- Kaptopril. Yalnız ilk yardımdır, davamlı müalicə deyil.
- Nimesil. Yüksək təzyiq fonunda təhlükəlidir.
- Aspirin. Hamı qəbul edə bilməz. Mədə xorası, qanaxma riski, kontrolsuz hipertoniya zamanı qadağandır.
- Qandurucu dərmanlar. İstəyə görə yox, diaqnoza görə seçilir.
Ozonoterapiya Haqqında Elmi İzah
Ozonoterapiya tibbi ozonun terapevtik dozalarda tətbiqi ilə həyata keçirilir. Autohemo-ozonoterapiyada xəstənin öz qanının kiçik miqdarı götürülür, steril şəraitdə ozonla qarışdırılır və yenidən vena daxili olaraq qaytarılır. Bu metod qanın oksigen daşıma qabiliyyətini artırır, antioksidant fermentlərin fəaliyyətini gücləndirir, immun hüceyrələrin istehsalını stimullaşdırır.
Ozonoterapiya Hansı Hallarda Effektivdir
- Hipertoniya və damar daralması
- Diabet və diabetik yaralar
- Allergik rinit, saç tökülməsi və qaşınma
- Xroniki yorğunluq və yuxu pozğunluqları
- Mövsümi infeksion xəstəliklərin profilaktikası
- Klimaks dövründə hormonal dəyişikliklər
- Qaraciyər piylənməsi və toksiki yüklənmə
- Antiage və hüceyrə bərpası
Ürək Simptomları Haqqında Yanlış Bilinənlər
Aşağıdakı misallar gündəlik praktikada ən çox rastlanan səhv anlamalardır.
- Ağrı yoxdursa, ürək sağlamdır? Yanlış. İnfarkt bəzən nəfəs darlığı, yorğunluq, çənə ağrısı və ya qarın ağrısı ilə gəlir.
- Arıq insanda xolesterin olmaz? Yanlış. Xolesterin çəkiyə baxmır.
- Bayılma əsəbdəndir? Həmişə yox. Bayılma ürək ritm pozğunluğunun, aortal stenozun və ya bradikardiyanın əlaməti ola bilər.
- Burun qanaması təzyiqin düşməsidir? Yanlış. Bu damarların tab gətirməməsi, hətta insult və infarkt riskinin siqnalıdır.
- Soyuq hava ürəyə təsir etmir? Yanlış. Soyuq havada damarlar daralır, ürək daha çox işləyir.