Xəstə Rəyləri

Müayinə və müalicədən sonra xəstə təəssüratları. Rəylər könüllü əsasda paylaşılıb, məxfilik üçün ad qısaldılıb.

★★★★★

Uzun illər təzyiqimi özüm bildiyim kimi idarə etməyə çalışmışdım. Bəzi günlər dərman içir, bəzi günlər unutmuşam. Dr. Aytən xanım həm dərman intizamını, həm də həyat tərzini birgə öyrətdi. Üç aydan sonra təzyiq göstəriciləri tamamilə dəyişdi. İndi gündəliyimi mütəmadi aparıram.

LM
L. M., 54 yaş Hipertoniya müalicəsi
★★★★★

Hər yaz allergik rinitdən və xroniki yorğunluqdan əziyyət çəkirdim. Dərmanlardan bezmişdim. Müayinədən sonra ozonoterapiya kursu təklif olundu. Bir aydan sonra mövsümi şikayətlər əhəmiyyətli dərəcədə azaldı, yuxum bərpa oldu. Həkim olaraq həm peşəkar, həm də xəstəni dinləyən bir mütəxəssisdir.

S. Ə., 38 yaş
★★★★★

İllərlə ürək döyüntülərim panikatak kimi qiymətləndirilirdi. Sakitləşdirici dərmanlar fayda vermirdi. Dr. Aytən xanım Holter müayinəsi təyin etdi və həqiqi səbəbi aşkarladı. Düzgün müalicə ilə şikayətlər keçdi. Diaqnozun düzgün qoyulması nə qədər vacib imiş.

RH
R. H., 32 yaş Aritmiya diaqnostikası
★★★★★

Ailədə ürək xəstəliyi tarixçəsi olduğu üçün narahatlığım vardı. Müayinə zamanı yüksək xolesterin və erkən ateroskleroz əlamətləri aşkarlandı. Müalicə planı və ozonoterapiya birgə təyin olundu. Altı ayda göstəricilər normaya yaxınlaşdı. Erkən aşkarlamanın əhəmiyyətini öz təcrübəmlə yaşadım.

MQ
M. Q., 47 yaş Kardioloji check-up
★★★★★

Menopauza dövründə sürəkli yorğunluq, ürək döyüntüsü və yuxu pozğunluğu yaşayırdım. Hormonal müalicə qəbul etmək istəmirdim. Dr. Aytən xanımın təyin etdiyi ozonoterapiya protokolu və terapevtik dəstək vəziyyətimi əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Özümü yenidən enerjili hiss edirəm.

NA
N. A., 51 yaş Klimaks dövrü müalicəsi
Rəyiniz biz üçün dəyərlidir. Müayinədən sonra təcrübənizi WhatsApp ilə bizimlə paylaşa bilərsiniz. Rəylər yalnız sizin razılığınızla saytda yerləşdirilir.